Laynus Polinq

Laynus Karl Polinq (ing. Linus Carl Pauling; 28 fevral 1901[…], Portlend, Oreqon, ABŞ – 18 avqust 1994[…], Biq-Sur[d], Kaliforniya[…]) — ABŞ kvant kimyaçısı və biokimyaçı; kristaloqraf, molekulyar bioloq və tibb tədqiqatçısı kimi də tanınır. XX əsrin ən mühüm kimyaçılarından biridir. Kvant mexanikasının kimyaya təsiri məsələlərinə toxunanlar arasında başlıca yer alır. Kvant mexanikasının kimya, biokimya və molekulyar biologiyaya təsirini tədqiq etmişdir. Bu tədqiqatlara görə ona 1954-cü ildə Kimya üzrə Nobel mükafatı verilmişdir. Bundan başqa o, kimyəvi kristallar və zülalların təkmilləşdirilməsində iştirak etmişdir. DNT-nin kəşf olunmasından öncə etdiyi araşdırmalar, 1953-cü ildə Ceyms Uatson və Frensis Krikin DNT-ni kəşf etməsinə kömək olmuşdur. Laynus Polinq kimya, metallurgiya, psixologiya, radioaktivlik, nüvə enerjisi, nüvə müharibəsi və kvant mexanikası haqqında tədqiqatlar aparmış, əsərlər yazmışdır. Laynus Polinqə yerüstü nüvə tədqiqatlarına görə 1962-ci ildə Nobel Sülh mükafatı verilmişdir. Həmin il ondan başqa kimya və fizika ilə bağlı tədqiqatlarına görə Mariya Küri, kimya ilə bağlı tədqiqatlarına görə Con Barden mükafat almışdır. Laynus Polinq növbəti illərdə C vitamini ilə bağlı tədqiqatlar aparmışdır. Bu mövzuda yazdığı məqalə və əsərlər mühüm elmi əhəmiyyətə malikdir.


Developed by StudentB